voicepress.az

SON DƏQİQƏ

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

18-01-2019, 07:19

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

İ

ranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xüsusi bəyanatla çıxış edərək ABŞ-dan iranlı jurnalistin təcili azad olunmasını tələb edib.

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif ABŞ-da iranlı jurnalist Mərziyə Haşiminin həbs edilməsini siyasi şantaj adlandırıb.

Qeyd edək ki, Melani Franklin ABŞ-da anadan olub. Sonralar daimi yaşamaq üçün İrana köçüb və Mərziyyə Haşimi adını götürərək Press TV-də jurnalist kimi fəaliyyətə başlayıb.

O, yanvarın 13-də yaxın qohumları ilə görüşmək üçün ABŞ-a yola düşüb və Sent -Luis şəhərinin aeroportunda həbs edilərək Vaşinqton türməsinə gətirilib.

Jurnalistin həbs edilməsi səbəbləri haqqında məlumat verilmir. Lakin mətbuat yazır ki, jurnalist casusluqda ittiham edilir.











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 765
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter