voicepress.az

SON DƏQİQƏ

Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini uzatdı

9-01-2019, 19:29

Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı terror fəaliyyətində ittiham üzrə 2001-ci ildə tətbiq edilən sanksiyaları genişləndirib və müddətini bir il uzadıb. Bu barədə Şuranın bəyanatında deyilir.

Sənəddə bildirilir ki, iki fiziki şəxs və bir struktur - İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Daxili təhlükəsizlik departamenti Aİ-nin antiterror siyahısına daxil edilib.

Beləliklə, Aİ-nin qara siyahısına İran üzrə 15 şəxs və 21 qurum salınıb. Bu sanksiya rejiminin Avropa İttifaqının İranın nüvə proqramının dinc xarakterli olduğuna zəmanət verən Birgə hərtərəfli Fəaliyyət Planının imzalanması nəticəsində ləğv etdiyi sanksiyalarla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Aİ ölkələri İranın güc strukturlarını mühacirətdə olan ölkə müxalifətinin nümayəndələrinə qarşı kampaniya aparmaqda ittiham edir.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 754
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter