voicepress.az

SON DƏQİQƏ

“Sarı jiletlilər”: “Prezident Makron, özünüzü Fransa xalqının iradəsindən yüksək tutmayın”

4-01-2019, 16:23

“Siz və sizin silahdaşlar insanlara yuxarıdan aşağı baxmaqda, onları dişsiz, cəmiyyətin qalığı saymaqda davam etsəniz qəzəb nifrətə çevriləcək”.

VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Sarı jiletlilər” hərəkatının nümayəndəsi “Facebook” səhifəsində Fransa Prezidenti Emmanuel Makronun Yeni il müraciətinə cavab olaraq, yazıb.

Hərəkat təmsilçisi, əhalini yanvarın 5-də etiraz aksiyasına çağırıb.

Məktub “Fransa qəzəb içində” (“La France en colère”) qrupu imzası ilə sosial şəbəkədə yerləşdirilib. Həmin müraciətin yanvarın 5-də yerli vaxtla saat 14-də oxunacağı bildirilib. “Prezident Makron, Fransa xalqının səsini eşidin, ola bilsin biz sizinlə gələcəyin Fransasını qurduq. Ukraynadakı “narıncı inqilabı” yada salın. Özünüzü qanundan ali, yaxud Fransa xalqının iradəsindən yüksək tutmayın”, - deyə “sarı jiletlilər” Emmanuel Makrona xəbərdarlıq edib.

Qeyd edək ki, Emmanuel Makron müraciətində etiraz aksiyasının təmsilçilərini Yelisey sarayında görüşə dəvət edib.

Xatırladaq ki, noyabrın 17-də “sarı jiletlilər” Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşacağına etiraz aksiyası keçirməyə başlayıb.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 509
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter