voicepress.az

SON DƏQİQƏ

Rusiyadakı partlayışda ölənlərin sayı 31-ə çatdı - YENİLƏNİB

3-01-2019, 00:02

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

***

Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xilasedicilər daha iki nəfərin – qadın və kişinin meyitini dağıntılar altından çıxarıblar.

***

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dağıntılar altından 22-ci meyit çıxarılıb.

Qeyd edilir ki, daha 19 nəfərin axtarışları davam etdirilir.

***

Dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 20-yə çatıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin məlumatına görə, 20 nəfərin taleyi hələ də məlum deyil, evin dağıntıları altında isə 5 uşaq qalır.

***

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, onlardan 2-i uşaqdır. Dağıntılar arasından son olaraq 3 yaşlı uşağın meyiti çıxardılıb.

Binanın dağıntıları arasında hələ də 20-dən çox insanın qaldığı deyilir.

***

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu haqda VOİCEPRESS.AZ Rusiya KİV-nə istinadən xəbər verir.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb.

Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 559
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter