voicepress.az

SON DƏQİQƏ

Binəli Yıldırımın İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb

29-12-2018, 19:26

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb.

VOİCEPRESS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul şəhərində keçirilən ümumrespublika toplantısında məlumat verib. Dövlət başçısı rəhbərlik etdiyi partiyanın İstanbulun digər rayonları üzrə namizədlərinin adlarını açıqlayıb. AKP şəhər üzrə 3 rayonda Milliyyətçi Hərəkat Partiyasının xeyrinə öz üzvünün namizədliyini irəli sürməyib.

Qeyd edək ki, bu məsələ son iki ayda Türkiyə ictimaiyyətində ən çox müzakirə olunan məsələlər sırasında yer alıb. İndi ictimaiyyəti düşündürən məsələ budur ki, Binəli Yıldırım gələn il martın 31-də keçiriləcək seçkilərdə iştirak etmək üçün TBMM sədrliyindən istefa verəcəkmi? Ədalət və İnkişaf Partiyası ilə “Cümhur İttifaqı”nda birləşən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı dekabrın əvvəllərində açıqlamasında qeyd etmişdi ki, MHP Binəli Yıldırımın namizədliyini dəstəkləyir və onun parlament sədrliyindən istefasına ehtiyac yoxdur.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 440
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter