voicepress.az

SON DƏQİQƏ

Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi

10-12-2018, 21:08

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçının qatilləri ilə bağlı “Röyters”ə danışıb.

VOİCEPRESS.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaşıqçının cəsədinin hissələrə ayrıldığını deyən Altun onun ölümündə baş konsulu və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının əməkdaşlarını günahlandırıb:

“Aralarında tibbi ekspertin də olduğu xüssi xidmət orqanlarının əməkdaşları bu cinayəti törətmək məqsədilə Türkiyəyə gəliblər. İstanbuldakı baş konsulun da cinayətin ortağı olduğu başa düşülür. Belə olan halda qatillərin Türkiyədə məhkəməyə çıxarılması daha doğru olardı. Bu səbəbdən Qaşıqçının qatillərinin Türkiyəyə verilməsini tələb etdik. Ancaq Səudiyyə Ərəbistanının qatilləri verməkdən imtina etməsi bizi məyus etdi. Bu, Səudiyyə Ərəbistanının cinayəti ört-basdır etməyə çalışması ilə bağlı ittihamları haqlı çıxardır”.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 688
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter