voicepress.az

SON DƏQİQƏ

“Şollerin arxivi” Fransanın Kann şəhərində fəxri ad qazandı

3-12-2018, 09:44

Azərbaycan istehsalı olan “Şollerin arxivi” filmi Fransanın Kann şəhərində keçirilən “Mediterranean Film Festival Cannes 2018” festivalında noyabrın 18-də kinematoqrafiyada mükəmməllik sertifikatı almışdı, dünən isə birincilik uğrunda yarışmaya qoşulub və festivalda fəxri ad qazanıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

“İndiyə qədər qalib olduğumuz beynəlxaq festivalların içində mənim üçün ən dəyərlilərindən biri “Mediterranean Film Festival Cannes” oldu. Ona görə ki, festivallarda qarşıma tez-tez çıxan Qarabağ mövzusunda ermənilərin çəkdiyi “Axrıncı sakin” fimi də (5 ölkədən: İran, Litva, Yunanıstan, ABŞ, Rusiya və Ermənistandan olan aktyorlar Tsovinar Xaçatranın hekayəsi əsasında bədii filmə çəkiliblər) “Mediterranean Film Festival Cannes 2018” festivalında kinematoqrafiyada mükəmməllik sertifikatı almağına baxmayaraq birincilik uğrunda mübarizədə uğursuzluğa düçar oldu.
Sevinirəm ki, erməni rejossoru Avetisyanın saxta Qarabağ mövzusundakı filmi festivalda qaliblər sırasında yer almadı. Kanadanın Toronto şəhərində də eyni halla qarşılaşmışdıq və sonda yenə biz qalib olmuşduq, onlar isə sertifikatla kifayətlənmişdilər”.

“Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 097
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter