voicepress.az

SON DƏQİQƏ

UNESCO-da Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 25 illik yubileyi keçirilib - FOTO

29-11-2018, 05:31

UNESCO-da Azərbaycanın üzvü olduğu Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yubileyi keçirilib.

VOİCEPRESS.AZ UNESCO-nun Fransanın paytaxtındakı baş qərargahında mədəniyyətlərin bir-birinə yaxınlaşdırılması amalı ilə türkdilli xalqların zəngin və hədsiz müxtəlifliyə malik mədəniyyətlərini dünyada tanıtmaq kimi şərəfli fəaliyyəti ilə tanınan Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 25 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirlərinin adından çıxış edən Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Dussen Kasseinov bildirib ki, 1996-cı ildə Türksoy ilə UNESCO arasında əməkdaşlıq haqqında razılıq imzalandıqdan bəri bu iki təşkilat birgə çoxlu sayda layihə və tədbirlər həyata keçiriblər. Mədəni müxtəlifliyin, qeyri-maddi mədəni irsin qorunması kimi layihələrdə və həmçinin mədəniyyətlərin yaxınlaşdırılması beynəlxalq onilliyi ilə bağlı təşəbbüsündə Türksoy hər zaman UNESCO-ya bacardığı qədər dəstək verməyə çalışıb. Baş katib bu gün burda mövcud olan dostluq və tolerantlıq əhval-ruhiyyəsinin yaradılmasında əvəzsiz rolu olmuş UNESCO rəhbərliyi və xüsusilə UNESCO yanında Azərbaycan, Qazaxıstan və Türkiyə daimi nümayəndələrinə öz təşəkkürünü bildirib.

Yubiley mərasimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyədən olan incəsənət xadimlərinin iştirakı ilə Türksoy Kamera Orkestrinin ifasında yubiley konserti ilə müşayiət olunub. Türksoy Kamera Orkestrinin solistlərindən olan azərbaycanlı muğam ustası, əməkdar artist Nuriyyə Hüseynovanın ifası böyük alqışlarla qarşılanıb.


UNESCO-da Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 25 illik yubileyi keçirilib - FOTO




VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 995
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter