voicepress.az

SON DƏQİQƏ

Fransada azərbaycanlı bəstəkarın yeni əsərinin təqdimatı olub - FOTO

27-11-2018, 07:50

Fransanın Sunfhoffen şəhərində azərbaycanlı musiqiçi İlahə Ahuinin yeni mahnısının təqdimatı olub.

VOİCEPRESS.AZ xəbər verir ki, Sunfhoffen şəhər meriyası tərəfindən təşkil edilmiş konsertdə azərbaycanlı bəstəkar və müğənni İlahə Ahui ilk dəfə olaraq özünün bəstələdiyi və sözləri Karmen Kalbererə məxsus olan “Le jardin sercret“ (Sirli bağ) mahnısını ifa edib.

Tədbirdə azərbaycanlı müğənninin ifasında dahi bəstəkarımız Fərhad Bədəlbəylinin “Ave Maria“ mahnısı da səsləndirilib. Onun ifası böyük alqışlarla müşayiət olunub.

Xor qrupuna və orkestrə rəhbərlik edən İlahə Ahui öz möhtəşəm ifası ilə Azərbaycan musiqisini fransalılara sevdirən sənətçilərimizdəndir. Müğənni son konsertlərində Azərbaycan bəstəkarlarından Niyazinin “Arzu”, Toin “Arzular”, “Sevgilim” əsərlərini öz repertuarına daxil edib.


Fransada azərbaycanlı bəstəkarın yeni əsərinin təqdimatı olub - FOTO








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 628
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter