voicepress.az

SON DƏQİQƏ

Fidan bu gün Minskdə səhnəyə çıxacaq

25-11-2018, 17:11

Noyabrın 25-də Minskdə “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.

VOİCEPRESS.AZ “Azərtac”a istinadən xəbər verir ki, “Minsk Arenada” keçiriləcək final yarışında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.

Ekspertlər səhnənin texniki imkanlarını yüksək qiymətləndiriblər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand səhnənin səs və işıq effektindən razılığını bildirib.

“Minsk Arenada” Azərbaycan təmsilçisindən başqa Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.

Qeyd edək ki, noyabrın 23-də axşam saatlarından mahnı müsabiqəsinin rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb. Səsvermə müsabiqənin rəsmi açılışına-noyabrın 25-də saat 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra səsvermə 15 dəqiqə ərzində yenidən aktivləşəcək. Daha sonra həmin səslər müsabiqənin səsləri hesablayan heyətinə təqdim ediləcək.

Onu da qeyd edək ki, eyni zamanda 3-5 iştirakçıya səs vermək mümkündür.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 723
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter