voicepress.az

SON DƏQİQƏ

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

13-11-2018, 22:26

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. VOİCEPRESS.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı terror məntəqələrini bombalayıb. Hava zərbələri Zap, Hakurk, Kandil, Avaşin-Basyan və Sinat-Haftan bölgələrinə endirilib. Əməliyyat zamanı 19 terrorçu məhv edilib.

Bununla da son dörd gündə İraqın şimalında məhv edilən terrorçuların sayı 57-yə çatıb.

Diyarbəkirin Kocaköy rayonunda isə PKK üzvlərinin hazırladığı 70 kiloqram ağırlığında partlayıcı aşkar olunub. Uzaqdan idarə olunan bomba partladılaraq zərərsizləşdirilib.

Hakkarinin Çukurca rayonunda PKK terrorçularının yol inşaatında çalışan işçilərə silahlı hücumu qeydə alınıb. Üç işçinin yaralandığı bildirilir.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 597
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter