voicepress.az

SON DƏQİQƏ

Kanadanın baş naziri Camal Qaşıqçının işi üzrə səs yazısının mövcudluğunu təsdiqləyib

13-11-2018, 06:33

Kanadanın baş naziri Castin Tryudo bildirib ki, ölkənin xüsusi xidmət əməkdaşları Türkiyədə qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının işi üzrə səs yazısı ilə tanış olublar.

Bu barədə VOİCEPRESS.AZ "RİA Novosti"yə istinadən xəbər verir.

"Kanadanın xüsusi xidmət orqanlarının əməkdaşları türkiyəli həmkarları ilə bu iş üzrə birgə əsaslı iş aparır. Kanada Türkiyədən verilən işlə tam tanış olub", - deyə o bildirib.

Daha əvvəllər KİV Türkiyədə jurnalistin ölümünü təsdiq edən səs yazılarının mövcud olduğunu və bu barədə ABŞ-ı məlumatlandırdığını xəbər verib. Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda oktyabrın 2-də qətlə yetirilib. Oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmiləri jurnalistin krallığın Baş Konsulluğunda qarşıdurma zamanı öldürüldüyünü bildiriblər.

Sonradan Ər-Riyad rəsmiləri bildirib ki, jurnalistin qətli əvvəldən planlaşdırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 652
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter