voicepress.az

SON DƏQİQƏ

Qaşıqçının son sözləri: “Boğuluram, çuvalı çıxarın”

11-11-2018, 21:26

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyatının son dəqiqələrində olan danışığı yayılıb. VOICEPRESS.AZ xəbər verir ki, bu barədə materialı “Əl-Cəzirə” telekanalına Türkiyənin “Daily Sabah” qəzetinin müxbiri Nazif Karaman ötürüb.

Yayılan audioyazıdan bəlli olur ki, Qaşıqçı həyatının son dəqiqələrində bu cümləni işlədib: “Boğuluram... Bu çuvalı başımdan çıxarın, klaustrofobiyam var”.

Karaman bildirib ki, jurnalistin qətli 7 dəqiqə davam edib.

Onun sözlərinə görə, tezliklə “Daily Sabah” sözügedən audioyazıdan parçaları yayacaq.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13.14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb.







VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 605
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter