voicepress.az

SON DƏQİQƏ

Sərnişin gəmisi qəzaya uğradı - Ölü sayı 225-ə çatdı

24-09-2018, 10:21

Tanzaniyada sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb. VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli "Citizen" qəzeti məlumat yayıb.
Mvanza şəhərinin polis rəisi Con Monqella bildirib ki, qəza zamanı ölənlərin sayı artıb.

Qeyd edək ki, bərə cümə axşamı, Yukora adasının yanalma körpüsündən 50 metr məsafədə aşıb. Bəzi məlumatlara görə, hadisə zamanı gəmidə 400 nəfərdən – normadan çox sərnişin olub. Sərnişinlərin sayının çox olmasına baxmayaraq gəmi həmçinin yük, o cümlədən qarğıdalı dolu kisələr, banan və sement daşıyırmış.

Daha əvvəl qəzada 209 nəfərin öldüyü bildirilirdi.

Prezident Con Maqufuli qəza ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 806
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter