voicepress.az

SON DƏQİQƏ

Kremldən Ərdoğana dəstək

13-08-2018, 11:18

Rusiya Türkiyə ilə ticarətdə milli valyutadan istifadəyə cəhd edir.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, ticarətdə milli valyutadan istifadə məsələsinin Rusiya tərəfindən müxtəlif səviyyələrdə gündəmə gətirildiyini bildirib. Onun sözlərinə görə, Rusiya dəfələrlə Türkiyə ilə danışıqlarda bu məsələlərə diqqət yetirib. Peskov milli valyutalarla ticarət məsələsinin diqqətlə araşdırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Çin, Rusiya, İran və Ukrayna ilə ticarət əlaqələrində milli valyuta ilə hesablamalara keçəcəyini bildirmişdi.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 136
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter