voicepress.az

SON DƏQİQƏ

Venesuela prezidentinə sui-qəsd: təfərrüat aşkarlanır - VİDEO

6-08-2018, 14:43

Venesuela prezidenti Nikolas Maduraya uçan pilotsuz aparat (UPA, dron) vasitəsilə sui-qəsd cəhdi ilə bağlı 6 nəfər tutulub.

VOİCEPRESS.AZ Associated Press-ə istinadən bildirir ki, tutulanların sayı arta bilər.

Venesuelanın Milli KİV İşçilərinin Həmkarlar İttifaqının yaydığı məlumata görə, sui-qəsd cəhdindən sonra 11 jurnalist də tutulub. Onların bəziləri döyülüb, bəziləri qarət olunub.

Tutulanlar arasında Argentina və İspaniyadan olan jurnalistlər, France Press-in reportyoru və yerli medianın əməkdaşları da var.

Venesuelanın DİN başçısı Nestor Reverol Twitter-dəki mikrobloqunda yazıb: "M600 tipli dron prezidentin olduğu tribunaya sürətlə yaxınlaşırdı. Lakin Fəxri Prezident Qvardiyasının və mühafizə xidmətinin mənsubları fərdi siqnal qurğusunu işə salaraq dronun hərəkətinə mane olublar. Ümumiyyətlə isə, yan küçələrdən radio ilə idarə olunan 2 dron buraxılmıhdı. Dronların hər birində 1 kq C4 partladıcısı vardı. Dronların partlayışı 50 metr radiusda zərər yetirə bilərdi".

Venesuelalı siyasətçi Xulio Sesar Rivas isə Twitter-də dronun partlayışının əks olunduğu videonu paylaşıb.

Venesuela prezidenti N.Maduroya iki dron vasitəsilə sui-qəsd cəhdi dünən, paytaxt Karakasda Milli Boliviarian Qvardiyanın yaradılmasının 81-ci ildönümünə həsr olunmuş paratda gerçəkləşdirilib. Dronlar sıradan çıxarılıb, 7 polis və hərbçi yaralanıb.

Sui-qəsdə görə məsuliyyəti "Soldados de Franelas" ("Flanel əsgərlər") qruplaşması üzərinə götürüb.

2014-cü ildə yaradılmış qrup Twitter-dəki mikrobloqunda bəyanat yayıb: "Planımız C4 yüklü dronların prezident tribunasına çatdırılaraq partladılması idi. Dronlar hədəvə çatmamış vuruldular. Amma göstərdik ki, onları vura bilərik. Bu gün alınmadı. Amma alınacaq".

Venesuela prezidenti Nikolas Maduro millətə müraciətində baş verənlərdə venesuelalı və kolumbiyalı radikal sağçıları, habelə Venesualının sabiq baş prokuroru Luisa Orteqa Diası və Kolumbiya prezidenti Xuan Manuel Santosu suçlayıb: "Məni qətlə yetirməyi planlaşdıranların bəziləri ABŞ-da yaşayır. Ümid edirəm ki, Donald Trampın hakimiyyəti dinc ölkələrdə sui-qəsdlər hazırlayan terrorçu qruplarla mübarizəyə hazırdır".

Kolumbiyanın XİN-i iddiaları əsassız adlandırıb.

Luisa Orteqa Dias isə Twitter vasitəsilə ittihamlara cavab verib: "İstibdadla mübarizəni qanunun mənə verdiyi silahla aparıram. Nə isə planlaşdıranda isə həmin işi yaxşı görürəm. Əgər sui-qəsd planının arxasında dursaydım, ölkə indi azadlığı bayram edərdi. Yetər yalan danışdınız!"


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 024
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter