voicepress.az

SON DƏQİQƏ

Hərbçilərimiz NATO-nun hərbi təlimlərində iştirak edirlər

18-07-2018, 19:40

Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.

VOİCEPRESS.AZ xəbər verir ki, hərbi təlimlərdə 13 ölkə iştirak edəcək. İştirakçı ölkələr Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistandır.

Vaziani hərbi və Norio təlim bazasında keçiriləcək hərbi təlimlərdə 3000 hərbçi, ABŞ hərbi aviasiyası və Almaniya hərbi texnikası da cəlb olunacaq.

Qeyd edək ki, “Etibarlı tərəfdaş” hərbi təlimləri Gürcüstanda 4-cü dəfədir ki, keçiriləcək. Builki təlimlər əvvəlkilərə nisbətən daha geniş miqyaslı olacaq. Hərbi təlimlərin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 071
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter