voicepress.az

SON DƏQİQƏ

Helsinkidə tarixi görüş başladı

16-07-2018, 15:14

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb. Prezidentlərin təkbətək görüşü 1 saat yarım, genişləndirilmiş formatda görüşləri isə 1 saat 45 dəqiqə davam edəcək.

Putin görüş başlamazdan öncə Trampa iki ölkə arasındakı münasibətlərdə ağrılı nöqtələri müzakirə etməyi təklif edib.

Tramp isə öz növbəsində dünyanın ABŞ-la Rusiya arasındakı münasibətlərin yaxşı olmasını maraqlı olduğunu bildirib. O, tərəflərin münasibətləri yaxşılaşdırmaq üçün şansı olduğunu deyib. Tramp Putinlə ticarət, hərbi, nüvə potensialı məsələləri və Çinlə münasibətləri müzakirə edəcəyini vurğulayıb.

Qeyd edək ki, Putin Trampla görüşə gecikib. Görüş Putinin gecikməsi ucbatından 14:15-də başlamalı olduğu halda 15:00-a təxirə salınıb.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 239
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
YANPRESS


Flag Counter