voicepress.az

SON DƏQİQƏ

Dünyanın ən varlı adamları – 84-cü azərbaycanlıdır

5-06-2018, 13:02

ABŞ-ın məşhur “Bloomberg” agentliyi dünya zənginlərinin yeni reytinqini dərc edib. VOİCEPRESS.AZ xəbər verir ki, reytinqdə zənginlərin sərvətlərinin ən son məbləği barədə geniş məlumat var.

Dünyanın ən zəngin azərbaycanlısı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov siyahıda 84-cü pillədə qərarlaşıb. Onun son 1 ayda sərvəti 189 milyon dollar artıb və iyunun 5-i üçün 14,6 milyard dollar təşkil edir. Rusiyanın ən vaxtlı biznesmeni ünvanını isə HLMK şirkətlər qrupunun prezidenti Vladimir Lisin alıb. O 20,2 milyard dollarla dünyada ən zəngin 45-ci iş adamıdır.

“Amazon” şirkətinin sahibi Cef Bezos 138 milyard dollarla planetin ən varlı iş adamı olub. Onun ardınca, Bill Geyts (93,8 milyard dollar) və Uorren Baffet (82,5 milyard dollar) qərarlaşıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 778
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter