voicepress.az

SON DƏQİQƏ

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

11-05-2018, 09:03

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyaları genişləndirib.

VOİCEPRESS.AZ
bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, sanksiya siyahısına 6 iranlı və onlardan biri ilə əlaqəli 3 şirkət daxil edilib. Onların hamısı İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrə görə sanksiyalara məruz qalıblar.

Qeyd edək ki, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı tətbiq etdiyi sanksiyaların İranla nüvə sazişi bağlandıqdan sonra dondurulmuş sanksiyalarla əlaqəsi yoxdur. Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 189
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter