voicepress.az

SON DƏQİQƏ

Suriyanın bombalanmasına səbəb olan uşağı şahid kimi gətirdilər

27-04-2018, 10:47

Haaqada Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) nın təşkilatçılığı ilə ABŞ, Fransa və İngiltərənin Suriyaya hücum etməsinə "səbəb" olan videonun saxta olduğunu sübut etmək məqsədi ilə kimyəvi silah "qurbanları"nın da iştirakı etdiyi mətbuat konfransı keçirilib.

VOİCEPRESS.AZ
Mirror-a istinadla xəbər verir ki, Rusiya və Suriya aralarında 11 yaşlı oğlanın da olduğu kimyəvi silah "qurbanları"nı mətbuat konfransına çıxarmaqla aprel ayının 7-də Şərqi Dumada çəkilən görüntülərin saxta olduğunu sübut edib.

Bildirilib ki, Şərqi Dumada çəkilən uşaqların qazdan boğulduğu, xəstəxanadakı çarəsiz görüntüləri "White Helmets" (Ağ dəbilqəlilər) təşkilatı tərəfindən səhnələşdirilib.

Suriyaya hücum edən İngiltərə, Fransa və ABŞ-ın KSQT-dakı rəsmiləri deyilənləri "maskarad" adlandırıb.

İngiltərənin KSQT-dakı nümayəndəsi Peter Vilson çıxışı zamanı "KSQT teatr deyil" deyərək, rusiyalı diplomatların dediklərinə etirazını bildirib.

"White Helmets" tərəfindən çəkilən görüntülərdə xəstəxanada, üzərinə su tökülmüş halda oturan 11 yaşlı Həsən Diab da mətbuat konfransında iştirak edib. Konfransda Rosiyya 24 kanalı və Sputnik informasiya agentliyinin hazırladığı kadrlar da nümayiş etdirilib.

Hasanın atası Omar Diab Rosiyya 24 kanalına müsahibə verərək "Ağ dəbilqə" təşkilatının üzvlərinin onun oğluna düyü, biskvit və xurma verərək başını aldatdığını söyləyib. Omar Diab bildirib ki, oğlunu kimyəvi silah qurbanı kimi videoya çəkərkən, o, işdə olub.

"İşdə olarkən oğlumun və xanımımın xəstəxanada olması barədə xəbər aldım. Təcili olaraq xəstəxanaya gedəndə onların vəziyyətlərinin yaxşı olduğunu gördüm. Sonra muzdlu hərbçilər uşaqlara biskvit, xurma və düyü verib, evə göndərdilər", - deyə Həsənin atası Ömər Diab Sputnik agentliyinə açıqlama verib.

"Bayırda "hər kəs xəstəxanalara" deyə səs eşitdikdən sonra xəstəxanalara yığışdıq. Burada heç tanımadığımız adamlar üstümüzə vedrələrlə su tökdülər.

Biz zirzəmidəydik. Anam mənə bu gün yemək yeyə bilməyəcəyimiz, sabah yemək yeyə biləcəyimizi söyləmişdi. Ac idim, - deyə Həsən Diab söyləyib.

Uşaqların da çəkildiyi videonun saxta olduğunu göstərən Rusiya Suriyada kimyəvi silahdan istifadə olunması barədə məlumatı dəfələrlə təkzib edib. Suriya höküməti də iddiaların əsassız olduğunu söyləyib.

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) Dəməşqdə kimyəvi silahın olmadığını bir neçə gün əvvəl təsdiqləyib.

Almaniyanın ZDF televiziya şirkətinin müxbiri, kimyəvi silahdan istifadə iddiları ilə bağlı olaraq reportaj hazırlamaq üçün Suriyaya yollanan Uli Gack da sakinlərdən videoların saxta olduğunu öyrənib. Yerli sakinlər bildiriblər ki, jurnalistlər üçün təlim zamanı çəkilən kadrları digər ölkələrə başqa cür təqdim edirlər.

Qeyd edək ki, aprel ayının 13-də ABŞ Böyük Britaniya və Fransa ilə birlikdə kimyəvi silahdan istifadə iddiası ilə - təkzib olunmasına rəğmən - Suriyaya qarşı hərbi əməliyyatlar keçirib.

VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 470
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter