voicepress.az

SON DƏQİQƏ

ATƏT-də jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə yeni qrup yaradılıb

24-04-2018, 08:38

ATƏT-in 15 üzv ölkəsi Vyanada yeni "dostlar qrupu" təşkil ediblər.

VOİCEPRESS.AZ
bildirir ki, yeni "dostlar qrupunun" fəaliyyətinin əsasını jurnalistlərin təhlükəsizliyinin təminatı ilə bağlı məsələlər təşkil edəcək.

Litvanın ATƏT-dəki nümayəndəliyinin "Twitter"də paylaşdığı bəyanatında deyilir: "ATƏT-in 15 üzv ölkəsi Vyanada Fransa, Litva və İsveçin təşəbbüsü ilə jurnalistlərin təhlükəsizliyi üzrə dostlar qrupu təşkil ediblər. ATƏT-in regionunda jurnalistlərin üzləşdikləri təhlükələr artır. Biz səylərimizi birləşdirməliyik".

Təşkilatın KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dezir Arlem təşəbbüsü alqışlayıb və jurnalistlərin təhlükəsizliyinin onun prioritet vəzifəsi olduğunu bildirib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 557
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter