voicepress.az

SON DƏQİQƏ

ABŞ Ukrayna və Gürcüstana 726 milyon dollar ayırıb

23-03-2018, 13:09

ABŞ Konqresinin Nümayəndələr Palatası 2018-ci il üçün büdcə ayırmalarına dair qanun layihəsini qəbul edib.

VOİCEPRESS.AZ-ın xəbərinə görə, respublikaçılar və demokratlar mövcud maliyyə ili üçün 1,3 trilyon dollar həcmində büdcə barədə razılığa gəliblər.

Ukraynaya ayrılan maliyyə yardımının ümumi miqdarı 620,7 milyon dollar təşkil edəcək. Bu barədə Ukraynanın ABŞ-dakı səfirliyindən açıqlama verilib. Kiyev 200 milyon dollar həcmində hərbi-texniki kömək alacaq. Bu, 2017-ci maliyyə ili ilə müqayisədə 50 milyon dollar çoxdur. Vəsait Ukrayna hərbi qulluqçularının hazırlığı, hərbi texnika və silah-sursat alınması, logistik təminat və digər məqsədlərə sərf olunacaq. Daha 420,7 milyon dollar Ukraynaya ABŞ Dövlət Departamenti də onun nəzdindəki agentliklər vasitəsilə veriləcək. Bu, 2017-ci ildə ayrılan məbləğdən 10 milyon dollar çoxdur.





VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 350
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter