voicepress.az

SON DƏQİQƏ

Kim Çen In nüvə proqramından imtina edir

9-03-2018, 08:32

Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib. VOİCEPRESS.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön bildirib.

"Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib", - deyə Çon In Yön bildirib.

Qeyd edək ki, D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini təkbətək görüşə dəvət edib.

CNN telekanalının yaydığı xəbərə görə, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu Donald Trampa təqdim edib.

VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 584
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter