voicepress.az

SON DƏQİQƏ

Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 150-ni ötüb

8-03-2018, 11:53

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində "Azad Suriya Ordusu" ilə birgə apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində 156 yaşayış məntəqəsini terrorçulardan azad edib.

VOİCEPRESS.AZ
xəbər verir ki, hazırda PYD və YPG terrorçuları Afrindən bütün istiqamətlər üzrə sıxışdırılıb çıxarılır.

Əməliyyat çərçivəsində indiyədək 720 kv.km ərazinin terrorçulardan təmizləndiyi bildirilir.

Türkiyə SQ və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 8 kilometrliyindədir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 233
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter