voicepress.az

SON DƏQİQƏ

BMT Yəmən üzrə yeni qətnamə qəbul edib

27-02-2018, 08:42

BMT Təhlükəsizlik Şurası Yəmənə qarşı sanksiyalar rejiminin uzadılmasına dair qətnamə qəbul edib.

VOİCEPRESS.AZ
xəbər verir ki, iclas zamanı Rusiya Böyük Britaniyanın təklif etdiyi qətnamə layihəsinə veto qoyub. Böyük Britaniya İranı Yəməndəki husilərə silah verməkdə ittiham edib.

Bundan sonra Rusiya tərəfindən hazırlanan qətnamə səsverməyə çıxarılaraq yekdilliklə qəbul olunub. Qətnamə Yəmənə qarşı silah embarqosunun və digər sanksiyaların 2019-cu il, fevralın 26-dək uzadılmasını nəzərdə tutur. BMT Təhlükəsizlik Şurası 2014-cü ildən etibarən Yəmənə qarşı sanksiyalar tətbiq edib.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 861
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter