voicepress.az

SON DƏQİQƏ

69 yaşlı model Maye Musk: "Bu ilk qədəmlərimdir"

6-02-2018, 17:52

Gənclik hər şey demək deyil - hər halda 69 yaşlı model Maye Musk üçün bu bir həqiqətdir.

Bəs görəsən, onun uğuru yalnız yeni təmayüldürmü? Alina İsachenka bu suala cavab axtarmağa çalışır.

"Spring 2018" moda şoularında daha yaşlı modellərin rekord iştirakı qeydə alınıb: Ötən il ərzində New York, Paris, Milan və Londondakı podiumlara 50 və 60 yaşlarında 27 model çıxıb.

Bu odeməkdirmi ki, moda sənayesi gözəllik stereotiplərindən uzaqlaşaraq, daha geniş müxtəlifliyə yer verir?

"Mən 2017-ci ildə işlədiyim qədər son 50 il ərzində işləməmişəm", - 69 yaşlı model və məşhur iş adamı Elon Musk-ın anası Maye Musk deyir.

Maye Musk və onun milyardçı oğlu Elon Musk
Kanada əsilli xanım Musk 15 yaşında ikən model biznesinə Cənubi Afrikada başlayıb. Lakin onun karyerası yalnız son illər ərzində irəliləməyə başlayıb.

Musk Gisele Bündchen və Gigi Hadid-in əməkdaşlıq etdiyi IMG Models şirkəti ilə müqavilə imzalayıb.

69 yaşlı modelin görüntüləri New York Magazine, Elle Canada və VOGUE Korea jurnallarının üz qabığında əks olunub.

10 nəvəsi olan Musk deyir ki, saçının təbii ağarmasının karyerasına köməyi olub.

Lakin uğurlu modellik müəyyən çətinliksiz ötüşmür.

Dietologiya üzrə iki elmlər namizədliyi dərəcəsinin sahibi Musk deyir ki, "mən gün ərzindəki bütün yemək və qəlyanaltıları planlaşdırmalıyam, əks təqdirdə, hər şey sıradan çıxır və çəkim artmağa başlayır".

Ötən il Maye Musk Cover Girl dərgisinin üz səhifəsində dərc olunan ən yaşlı model oldu.
"Bundan sonra çəkini atmaq üçün ən azı iki həftə sərt dieta lazım olur".

Podiumda irqi, yaş, din və bədən quruluşu ilə bağlı müxtəlifliyi dəstəkləyən All Walks Beyond the Catwalk qrupunun direktoru Debra Bourne hesab edir ki, model biznesində yaşlı qadınların uğurunun böyük bir hissəsi sosial media ilə bağlıdır.

"İnstagram kimi sosial media platformalarının inkişafına nəzər salsaq, özlərinə nəhəng auditoriya yığmağa nail olan modellərin nümunəsinə rast gələrik".

Son sözlər İnstagram-da 90 min izləyicisi olan xanım Musk-a da aiddir.

"Yaşlananda rəqabət az olur, hərçənd ki, iş təklifləri də azalır", Musk deyir.

"İşi davam etdirib, postları yerləşdirməklə izləyicilərin sayını artıra bilərsiniz".

Bəziləri model biznesində yaşlı nəslin iştirakına marağı müvəqqəti hal hesab edir. Digərləri isə bunun uzunmüddətli təmayül olduğunu düşünür.

35+ yaşlı modellərlə işləyən Rebecca Valentine deyir ki, "bu yaşlı nəslin" aktivliyi ilə bağlı "bazar qüvvələrinin təzyiqi"nin təzahürüdür.

"Bunlar üsyançı, pank, roker, repçi, geyliğini elan edən nəslin nümayəndələridir. Onlar öyrəşib ki, dediklərinə qulaq assınlar. Belə olmayanda daha çox bağırır və tələb edirlər".

SİLENT model agentliyinin həmtəssisçisi Vincent Peter deyir ki, yaşlı modellərin geniş vüsət alacağına inanmır.

"Onları ara-sıra podiumda görmək olar, lakin bu, daha çox müstəsna haldır. Mən burada heç bir təmayül görmürəm."

Bu arada Musk dünya boyu yeni sifarişlər alır. O, 70-dən sonra da işləməyə ümidlidir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 006
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter