voicepress.az

SON DƏQİQƏ

Putin: "Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər"

18-01-2018, 14:48

Bir sıra MDB ölkələri Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilərlər.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqında sədrliyin Rusiya Federasiyasına keçməsi ilə əlaqədar quruma üzv ölkələrin dövlət başçılarına müraciətində deyib.

"Avrasiya İqtisadi İttifaqı ilə Müstəqil Dövlətlər Birliyinin daha dərin əlaqələndirilməsi imkanlarının öyrənilməsini məqsədəuyğun hesab edirik. MDB-nin bəzi iştirakçı ölkələri Avrasiya iqtisadi Birliyində müşahidəçi ola bilərlər", - deyə Rusiya prezidenti vurğulayıb.

V. Putin müraciətində Avrasiya İttifaqına üzv ölkələrin regionlararası və sərhədyanı əməkdaşlığının gələcəkdə dərinləşməsinə önəm verdiklərini qeyd edib: "Bununla biz inteqrasiya prosesinə əlavə impuls verəcəyik, üzv ölkələrin regionlar səviyyəsində daha sıx əməkdaşlığını təmin etmiş olacağıq".

Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının inkişafının təmin olunmasının əsas əhəmiyyətinin digər dövlətlər və inteqrasiya birlikləri ilə sıx əməkdaşlıqdan ibarət olduğunu söyləyib: "2016-cı ildən Vyetnamla azad ticarət zonası uğurlu fəaliyyət göstərir. Hazırda Misir, İsrail, İran, Hindistan, Serbiya və Sinqapurla azad ticarət zonasının yaradılması ilə bağlı aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid edirik. Avrasiya İttifaqı ilə Çin arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqında imzalanan sazişin böyük perspektivlərini görürük".


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 118
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter