voicepress.az

SON DƏQİQƏ

Polşada 9 yeni nazir təyin olundu

9-01-2018, 18:37

Polşa prezidenti Andjey Duda baş nazirin xahişi ilə 9 yeni nazir təyin edib.

VOİCEPRESS.AZ xəbər verir ki, bundan öncə 2017-ci ilin dekabrında Polşa hökumətinə yeni baş nazir Mateuş Moravetski təyin edilmişdi.

Yeni lidə isə hökumətdə baş verən dəyişikliklər nəticəsində Yatsek Çaputoviç yeni xarici işlər naziri təyin edilib.

Prezident eləcə də yeni maliyyə naziri təyin edib, bu vəzifəni Tereza Çervinskaya tutub.

Yeji Kveçinskiy isə investisiya və inkişaf naziri olub.

Müdafiə naziri vəzifəsinə əvvəllər daxili işlər naziri olan Mariuş Blaşak təyin edilib. Onun postunu isə İoaxim Brudzinski tutub.

Bundan başqa, Lukaş Şumovski səhiyyə naziri, Henrik Kovalçik ətraf mühit naziri, Andjey Adamçik nfrastruktur naziri təyin edilib.

Həmçinin sahibkarlıq və texnologiya məsələləri üzrə yeni qurum yaradılıb ki, bura Yadviqa Emileviç rəhbər təyin edilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 205
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter