voicepress.az

SON DƏQİQƏ

Nazarbayev Putini təbrik etdi

27-12-2017, 11:54

Əminəm ki, MDB çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsi ölkələrimizin xalqlarının köklü maraqlarına cavab verir. Birlikdə sosial-iqtisadi inkişafı, dövlətlərin sabitliyini və təhlükəsizliyini möhkəmləndirmək vəzifələrini həll etmək üçün çalışacağıq.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri liderlərinin qeyri-rəsmi Moskva görüşündə deyib.

Putin həmçinin Yeni il ərəfəsində MDB ölkə başçılarının qeyri-rəsmi görüşü çərçivəsində ilin yekunlarını dəyərləndirmək üçün toplanılması və gələcək planların müzakirə edilməsindən məmnunluğunu ifadə edib. O, ölkələr arasında ticarət dövriyyəsində on aylıq müddətdə təxminən dörddə bir həcmində artım olduğunu qeyd edib. Rusiya dövlət başçısının sözlərinə görə, il ərzində səylər ölkələr arasında inteqrasiyanın inkişafına, həmçinin terrorçuluğa qarşı mübarizəyə yönəldilib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyada uğurlu əməliyyatı ilə bağlı rusiyalı həmkarı Vladimir Putini təbrik edib.

“Siz bu işi uğurla icra etdiniz. Bu, şəxsən sizin birbaşa rəhbərliyiniz ilə həyata keçirildi. Bu uğur Rusiyaya, bizə və bütün dünya üçün vacib idi. Siz Suriyada hərbi bazada olarkən artıq bu barədə danışmısınız”, - Nazarbayev bildirib.

O, eyni zamanda vurğulayıb ki, ötən il MDB ölkələrin sabitlik hökm sürüb və insanlar dinc şəkildə yaşayıb, uşaqlarını böyüdüb və gələcəyə əmin şəkildə addımlayıblar.

Qeyd edək ki, MDB dövlət başçılarının bu gün Moskvada, Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən görüşündə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Prezidenti Serj Sarkisyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Moldova Prezidenti İqor Dodon, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov görüşə qatılmayıb.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 295
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter