voicepress.az

SON DƏQİQƏ

Almaniyada kürdlərlə toqquşma: azı 15 polis yaralandı

5-11-2017, 09:54

Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma olub, saxlanılanlar var.

VOİCEPRESS
-in "Spiegel"ə istinadən verdiyi xəbərə görə, məhkəmənin bir gün əvvəl aksiyada PKK lideri Abdulla Ocalanın şəklinin nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, etirazçılar terrorçuların başçısının rəsminin əks olunduğu bayraq və ya bannerlər qaldırıblar.

Kürdlər aksiyanı dağıtmağa cəhd edən polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb.

Etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma nəticəsində azı 15 asayiş keşikçisi xəsarət alıb. "RİA Novosti" xəbər verir ki, onlardan 3-nün vəziyyəti ağırdır.

Xatırladaq ki, kürdlər sentyabrın 16-da Köln şəhərində icazəli etiraz aksiyası keçiriblər. Almaniyanın Ankaradakı səfiri bununla əlaqədar Türkiyə XİN-ə çağırılmışdı.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 591
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter