voicepress.az

SON DƏQİQƏ

Rusiya: S-500 ABŞ-ın hücumunun qarşısını alacaq

28-10-2017, 08:25

S-500 raket əleyhinə müdafiə sistemlərinin sayəsində Rusiyanın üzərində ABŞ-ın ani qlobal hücum konsepsiyasını həyata keçirməsi mümkün olmayacaq.

VOİCEPRESS xəbər verir ki, bunu "Milli Müdafiə" ("Natsionalnaya Oborona") jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

"Rusiya prezidentinin fərmanı ilə hava-kosmik müdafiə sistemi yaradılır. Ölkə torpaqlarının müdafiə altına alınması tamamilə müdafiə məqsədli bir vəzifədir. S-500 hava və raket müdafiə sistemləri də hava-kosmik müdafiə sisteminin bir hissəsidir. İlk sistem 2020-ci ildə hazır olacaq, sonra seriya istehsala keçiləcək. S-500-lər eyni zamanda strateji raket müdafiə imkanlarına malikdir. Biz Rusiyanın üzərini amerikalılara ani qlobal hücum konsepsiyalarını həyata keçirməyə icazə verməyəcək bir günbəzlə örtəcəyik", - Korotçenko söyləyib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 641
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter