voicepress.az

SON DƏQİQƏ

Bu gün AŞPA-nın payız sessiyası başlayır

9-10-2017, 10:16

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

VOİCEPRESS
-in məlumatına görə, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri də sessiyada iştirak edəcəklər.

Sessiya 5 gün davam edəcək.

Öncə təşkilati məsələlərə baxılacaq. AŞPA-nın yeni prezidenti seçiləcək.

Bundan başqa, AŞPA-nın plenar iclaslarında Büro və Daimi komitənin inkişafına dair məruzə təqdim olunacaq. Albaniyada parlament seçkilərinin nəticəsi müzakirə ediləcək. “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2016-2017-ci illərdəki fəaliyyəti”, “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar”, “Gənclər korrupsiya əleyhinə” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq. İclaslarda Çexiya və Ukraynanın prezidentləri, AŞ Nazirlər Komitəsinin sədri çıxış edəcəklər.

Sessiyada “İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması” məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, AŞPA-nın prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 743
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter