voicepress.az

SON DƏQİQƏ

Nazirin kürəkəni Suriyada öldürüldü - RƏSMİ AÇIQLAMA

7-10-2017, 13:06

Suriyada İŞİD terror qruplaşmasının nüfuzlu səhra komandirləri məhv edilib.

VOİCEPRESS
xəbər verir ki, haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Şimali Qafqazdan olan gəlmələr uzun müddətdir İraqda gizlənmişdilər.
"Bir neçə kanal üzrə alınmış və yerli mənbələr tərəfindən təsdiq edilmiş məlumatlara görə, İŞİD-in uzun müddət İraqda gizlənmiş nüfuzlu səhra komandirləri məhv edilib. Bunlar Şimali Qafqazdan gəlmələr olan Əbu Ömər əl-Şişani, Əlyauddin əş-Şişani və Salahuddin əş-Şişanidir", - Konaşenkov deyib.

O vurğulayıb ki, Suriyada İŞİD döyüşçülərinin məhv edilməsi davam ediləcək.

Qeyd edək ki, İŞİD-in ən nüfuzlu səhra komandirlərindən sayılan Əbu Ömər əş-Şişaninin ölümü barədə xəbərlər dəfələrlə çıxıb. ABŞ 2014-cü ildə onun adını beynəlxalq terrorçular siyahısına salıb və başına 5 milyon dollar mükafat qoyub.


2014-cü ildə yayılan məlumatlara görə, Çeçenistanın lideri Ramzan Kadırovun nazirlərindən birinin qızı Səda lüks həyatını geridə buraxaraq, terrorçu İŞİD döyüşçüsü ilə evlənmək üçün Suriyaya gedib.

İddiaya görə, İŞİD lideri Əbu Ömər Sədanın evləndiyi yaraqlını öldürərək onu öz həyat yoldaşı edib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 615
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter