voicepress.az

SON DƏQİQƏ

Məhəmməd Cavad: "Əgər ABŞ belə bir addım atsa..."

30-09-2017, 15:12

Əgər Amerika hökuməti Tehranla 5+1 qrupu arasında əldə edilmiş nüvə sazişindən çıxmağa qərar versə, İran da həmin sazişdən çıxacaq.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Nyu Yorkda səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Belə olsa, İranın qarşısında başqa seçimləri var. Lakin bu seçimlər beynəlxalq ictimaiyyətin ABŞ-ın bu hərəkətinə necə reaksiya verməsindən və məsələyə necə yanaşmasından asılı olacaq. Əgər Avropa, Yaponiya, Rusiya və Çin bu məsələdə ABŞ-ın tərəfinə keçib, onunla eyni mövqedən çıxış etsələr, o zaman bu sazişin sonu gələcək. Mənə elə gəlir ki, ABŞ prezidenti mövcud nüvə sazişi ilə bağlı Konqresə təqdim edəcəyi növbəti hesabatında İranın bu sazişə sadiq qaldığını təsdiq etməyəcək”, - Zərif bildirib.

Qeyd edək ki, ABŞ hökuməti hər 90 gündən bir İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir. Tramp Konqresə yeni hesabatı oktyabr ayında təqdim edəcək.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 669
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter