voicepress.az

SON DƏQİQƏ

Ramazan Abdulatipov istefa ərizəsi yazdı

27-09-2017, 14:05

Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunması üçün ərizə yazıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə RBK respublikanın güc strukturlarına yaxın mənbəyə istinadən yazıb.

Bildirilir ki, Dağıstan lideri bir qrup qubernatorun işdən azad edilməsi ilə əlaqədar vəzifədən uzaqlaşdırılır. Ərizəni yazmazdan öncə R.Abdulatipovu təcili olaraq Kremlə çağırıblar. İddia olunur ki, onunla istefa məsələsini və yerinə kimin təyin olunacağını müzakirə etmək istəyiblər.

Mənbə bildirir ki, R. Abdulatipova bir neçə iş təklif olunub: "Bu, onun üçün gözlənilməz oldu. Ramazan Abdulatipov ömrünün axırına kimi vəzifəsində çalışacağını düşünürdü".

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 453
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter