voicepress.az

SON DƏQİQƏ

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb

11-09-2017, 19:41

ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb.

VOİCEPRESS bildirir ki, A.Dezir bununla bağlı bəyanatında bildirib: "Mən hakimiyyət tərəfindən atılmış bu müsbət addımı alqışlayıram və onları Mehman Əliyevə qarşı bütün ittihamları aradan qaldırmağa çağırıram".

Həmçinin A.Dezir bu məsələ ilə bağlı Azərbaycanla dialoqun yüksək qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Turan" İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür.

Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 568
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter