voicepress.az

SON DƏQİQƏ

Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq

11-08-2017, 14:58

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.

Azərbaycanın Ukraynadakı səfirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzi ərazisində, Seçovıx Strelçov küçəsində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb. Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi bununla əlaqədar qərar çıxarıb.

Parkda Müslüm Maqomayevin 6 metrdən artıq hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanovdur.

Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.

Kiyevdə bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələrək həyata keçirilir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 949
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter