voicepress.az

SON DƏQİQƏ

“Vikiliks” Makronun ermənilərlə bağlı sirrini açdı

2-08-2017, 11:07

“Vikiliks” saytı Fransa prezidenti Emmanuel Makronun seçki öncəsi qərargahına məxsus 21 mindən çox e-maili yayımlayıb.

VOİCEPRESS
xəbər verir ki, məktublarda Ermənistan haqqında da məlumat yer alıb.

Yayılan e-mailldərdə Makron üçün xüsusi olaraq hazırlanan və “Le Mond” nəşrinin ünvanından göndərilən daycestlər də var.

Makronun seçki qərargahının əməkdaşı Anna Kristinə göndərilən daycestlərdə Roma Papasının 2016-cı ilin iyununda Ermənistana səfərinin nəticələri, həmçinin önəmli bəyanatları yer alıb. Daycestdə xüsusilə vurğulanır ki, Roma Papası 1915-ci ildə baş verənləri “soyqırım” adlandırıb ki, bu da Türkiyənin hiddətinə səbəb olub.

Digər bir e-maildə isə Makrona Ermənistan iqtisadiyyatı ilə bağlı məlumatlar təqdim olunur. Burada qeyd olunur ki, bu ölkənin iqtisadiyyatı əsasən kənd təsərrüfatı və İT texnologiyalarının inkişafından asılıdır.

“Ermənistan yüksək səviyyədə olan işsizlikdən əziyyət çəkir. Ölkə əhalisinin demək olar ki, üçdə biri yoxsulluq səviyyəsindən aşağı həddə yaşayır. Lakin kompüter sənayesində inkişaf iqtisadi planda dəyişikliklərə səbəb ola bilər”, - deyə Emmanuel Makrona göndərilən daycestdə bildirilir.

Qeyd edək ki, Emmanuel Makron 2017-ci ilin mayında Fransa prezidenti seçilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 863
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter