voicepress.az

SON DƏQİQƏ

Tillerson: "Şimali Koreya təhdidinin artmasına görə Çin və Rusiya məsuliyyət daşıyır

29-07-2017, 10:26

ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreyanın artan təhdidlərinə görə məsuliyyəti Çin və Rusiyanın boynuna qoyub.

VOİCEPRESS xəbər verir ki, bu barədə Dövlət Departamentinin Şimali Koreyanın yeni raket sınağı ilə əlaqədar yaydığı rəsmi bəyanatda deyilir.

"Şimali Koreyanın nüvə proqramının və ballistik raket proqramlarının əsas iqtisadi dəstəkçiləri olaraq Çin və Rusiya regional və qlobal təhlükəsizliyə qarşı artan təhdidlərə görə müstəsna və xüsusi məsuliyyət daşıyır", - deyə açıqlamada bildirilir.

R. Tillerson bütün ölkələri Pxenyana qarşı BMT sanksiyalarının gücləndirilməsini dəstəkləməyə çağırıb. O bildirib ki, Vaşinqton Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə tərəfdardır və heç vaxt Şimali Koreyanın nüvə silahı əldə etməsi ilə razılaşmayacaq.

Xatırladaq ki, iyulun 29-na keçən gecə Şimali Koreya Yapon dənizindəki Hokkaydo adası istiqamətinə ballistik raket atıb. Pxenyan ilk dəfə gecə vaxtı raket sınağı keçirib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 175
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter