voicepress.az

SON DƏQİQƏ

Makron Putinlə görüşdü - YENİLƏNİB

29-05-2017, 21:45

21:45

Parisin Versal sarayında Fransa və Rusiya prezidentlərinin görüşü başa çatıb. VOİCEPRESS xəbər verir ki, görüşdən sonra Emmanuel Makron və Vladimir Putin danışıqların yekununa dair birgə mətbuat konfransı keçiriblər.


Fransız lider rusiyalı həmkarı ilə Suriya münaqişəsinin müzakirə etdiyini söyləyib: "Vacib məsələlərdə Rusiya ilə dialoq aparmamaq olmaz. Suriya da bu vacib məsələlərdəndir. Biz bunu müzakirə etdik. Bu məsələdə prioritet İŞİD terrorçuları ilə mübarizədir. Suriyada sülhü bərpa etmək üçün siyasi həll yolunu axtarmaq lazımdır". Makron onu da bildirib ki, Paris üçün Suriyada kimyəvi silahın tətbiq olunması "qırmızı xətdir". Fransız liderin fikrincə, Suriya dövlətinin süqutuna yol vermək olmaz. Putin və Makron görüş zamanı Ukrayna problemini də müzakirə ediblər. Prezidentlər Ukrayna münaqişəsinin həlli ilə bağlı Minsk razılaşmasının həyata keçirilməsi haqqında danışıblar. Makron tez bir zamanda Normand formatında görüşün keçirilməsinin vacibliyini əmin olduğunu bildirib.

Fransız lider Putinlə Çeçenistanda cinsi azlıqlarla bağlı vəziyyəti də Putinlə müzakirə etdiyini söyləyib. Onun sözlərinə görə, prezidentlər Rusiyada LGBT-nin vəziyyətini izləmək üçün birgə Fransa-Rusiya Vətəndaş Cəmiyyəti forumunun yaradılması barədə razılığa gəliblər: "Biz də istəyirik ki, ölkələrimizin vətəndaş cəmiyyətləri arasında sıx əlaqələr, konstruktiv dialoq olsun. Hazırda Almaniya və Rusiya arasında artıq belə sxem mövcuddur. Biz də bu yolla getmək istəyərik ki, gənclər, iqtisadi strukturlar, elmi dairələr yaxınlaşsın".

Makron Fransanın Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib: "O ki, qaldı ikitərəfli münasibətlərə, demək istərdim ki, biz bu münasibətləri davam etdiririk. Əminəm ki, iki ölkə arasında humanitar sahədə sıx əlaqələrin olması vacibdir. Bu çünki görüşdə ikitərəfli münasibətlərdən, Rusiya-Avropa Birliyi münasibətlərindən danışdıq. Dünyadakı problemli nöqtələrdən danışdıq. Prezident Putinlə bu çətin məsələlərin həllinə ümumi yanaşma tapmağa cəhd etdik".

Vladimir Putin isə çıxışında Parisin Moskva ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib: "Bütün çətinliklərə baxmayaraq son illərdə 500-ə yaxın fransız kompaniyası Rusiya bazarından getməyib". Putinin fikrincə, Fransada daha çox rusiyalı tələbələr təhsil almalıdırlar: "Gənclər arasında mübadiləni möhkəmləndirmək lazımdır".

Rusiya lideri fransız həmkarı ilə Koreya yarımadasındakı nüvə silahı problemi və onun həlli yolları barədə fikir mübadiləsi apardıqların bildirib: "Kremlin hansısa ölkədə prezident seçkilərinə müdaxiləsi məsələsini müzakirə etmədik. Bunun nəyin müzakirə edək. Hesab edirəm ki, burda müzakirə predmeti mövcud deyil". Makron da öz növbəsində ona ünvanlanan prezident seçkiləri vaxtı rəqibi olan Marin Le Penin Moskvaya səfəri ilə bağlı sualı şərh etməyib. O, Putinlə fikir mübadiləsinin açıq keçdiyini, tərəflərin danışıqlar zamanı bir-birinə hər şeyi söylədiklərini vurğulayıb: "Bu ilk fikir mübadiləsi idi. Mənə elə gəlir ki, dialoq çox açıq alındı. Mən bir sıra vəziyyətlərlə bağlı düşüncələrimi dedim". Putin fransalı həmkarını Rusiyaya səfərə dəvət edib. O, çar I Pyotrun bir neçə həftə Parisdə olduğunu xatırladıb. Məlumdur ki, diplomatik dünyada hər şey qarşılıqlıdır. Mən də cənab prezidenti Rusiyaya dəvət edirəm. Ümid edirəm ki, o, Moskvada bir neçə həftə keçirə biləcək".

Qeyd edək ki, Fransa və Rusiya prezidentlərinin danışıqları 2 saat 50 dəqiqə çəkib. Danışıqlar qapalı rejimdə mətbuatın iştirakı olmadan keçirilib. Prezidentlərin mətbuat konfransında danışıqlar zamanı müzakirə etdikləri məsələlərə toxunublar. Onlar arasında ikitərəfli münasibətlər, Rusiya-Aİ münasibətləri, Suriya və Ukrayna münaqişələri, Çeçenistandakı cinsi azlıqlar məsələsi olub. Hər iki ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq prezidentlər Qarabağ məsələsini müzakirə edib-etmədiklərini açıqlamayıblar.

21:02

Parisdə Fransa prezidenti Emmanuel Makron və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş olub.

VOİCEPRESS
xəbər verir ki, üç saata yaxın davam edən danışıqlar bağlı qapılar arxasında keçirilib.

Görüşdən sonra baş tutan mətbuat konfransında E.Makron bildirib ki, söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

V.Putin, öz növbəsində, qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Rusiyada fəaliyyət göstərən 500-dək Fransa şirkəti ölkəni tərk etməyib.

Qeyd edək ki, Rusiya prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə səfər edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 944
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter