voicepress.az

SON DƏQİQƏ

Putin Parisə səfər edəcək

29-05-2017, 08:27

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mayın 29-da Parisə səfər edəcək.

VOİCEPRESS
bildirir ki, Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Versal sarayında keçiriləcək görüşdə ikitərəfli münasibətləri, Ukrayna və Suriya böhranının nizamlanmasını, habelə digər beynəlxalq problemləri müzakirə edəcəklər.

RF Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin Parisə Makronun dəvəti ilə gedir. Liderlər Versalda Rusiya çarı I Pyotrun Fransaya ilk səfərinin 300 illiyinə həsr olunmuş sərgini ziyarət edəcəklər. Bu barədə razılıq mayın 18-də Makronun Putinlə telefon danışığı zamanı əldə olunub. Səfər çərçivəsində iki liderin tanışlığı, onların məhdud tərkibdə qeyri-formal danışıqları, daha sonra isə geniş tərkibdə görüş planlaşdırılır.

Səfərin yekunları üzrə heç bir sənəd imzalanmasının nəzərdə tutulmadığı bildirilir.

Politoloqlar qarşıdakı səfərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır, bunu Fransanın yeni Prezidenti Emmanuel Makronun Paris və Moskva arasında kəsilmiş münasibətlərin bərpasına cəhdi kimi səciyyələndirirlər.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 346
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter