voicepress.az

SON DƏQİQƏ

İtaliya "Whatsapp"ı 3 milyon avro cərimə edib

12-05-2017, 20:18

İtaliyanın antiinhisar xidməti "Whatsapp" məlumat mübadilə xidmətini 3 milyon avro dəyərində cərimələyib.

VOİCEPRESS
-
in məlumatına görə, qərar "Facebook" istifadəçilərinin şəxsi məlumatlarının götürülməsi ilə bağlı iki araşdırmanın nəticəsində qəbul edilib.

Ötən ilin oktyabr ayında Məxfi məlumatların qorunmasına nəzarət üzrə Avropa tənzimləyicisi "Facebook" istifadəçilərinin şəxsi məlumatlarının "WhatsApp"a ötürülməsi ilə bağlı narahatlığını bildirmiş və bununla bağlı araşdırmalara başlanılmışdı.

Qeyd edək ki, "Facebook" 2016-cı ilin 16 oktyabrında "WhatsApp"-ın alınması ilə bağlı 19 milyard dollarlıq müqavilə imzaladığını açıqlamışdı.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 929
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter