voicepress.az

SON DƏQİQƏ

Putinin Trampla görüşəcəyi tarix açıqlandı

10-05-2017, 22:46

Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında görüş iyul ayında, Almaniyanın Hamburq şəhərində baş tutacaq.

VOİCEPRESS
“TASS” istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət Katibi Reks Tillerson və ABŞ prezidenti Donald Trampla görüşdən sonra bəyan edib.

“Bu yaxınlarda prezidentlər arasında baş tutan telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşəcəklərini təsdiqləyiblər. Bu gün biz Reks Tillersonla görüşdə Suriya və digər məsələlərdə irəliləyişə nail olmaq və nəzərəçarpacaq nəticələrin əldə edilməsi məsələlərinə toxunduq”, deyə S.Lavrov vurğulayıb.

Qeyd edək ki, mayın 2-də iki ölkənin prezidentləri arasında telefon görüşü olub. Donald Tramp və Vladimir Putin əməkdaşlıq, terrorizmlə mübarizə, Suriyada və Şimali Koreyada vəziyyət və s. məsələləri müzakirə ediblər.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 869
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter