voicepress.az

SON DƏQİQƏ

Deputat parlamentdə uşaq əmizdirdi

10-05-2017, 16:18

Avstraliya parlamentində qeyri-adi hadisə baş verib. VOİCEPRESS-in məlumatına görə, körpə uşağı olan qadın deputat onu da özü ilə iclasa gətirib. "Sol Yaşıllar" partiyasının üzvü olan Larissa Vaters səsverməyə iki aylıq qızı Alia Joy ilə birlikdə qatılıb. Senator Larissa Vaters parlamentdə acan körpəsini hər kəsin gözü önündə əmizdirib.

Əslində nümayəndələr palatası 2016-cı ildə qanuna edilən dəyişikliklərlə körpəni yedirməyə icazə verib. Amma bu günə kimi heç bir siyasətçi bu hüququndan istifadə etməyib.

Larissa Vaters "Facebook" hesabından açıqlama verib. "Parlamentdə daha çox qadına və anaya ehtiyac var. İş zamanının daha elastik olması hər kəs üçün daha yaxşı olardı. Uşaqların qulluğa ehtiyacı var".



VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 320
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter