voicepress.az

SON DƏQİQƏ

NATO-nun baş katibi: Türkiyə NATO-nun vacib üzvüdür

30-04-2017, 07:25

Türkiyə NATO-nun vacib üzvüdür.

VOİCEPRESS -in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara NATO-nun Əfqanıstanda, Kosovoda və dünyanın digər bölgələrində missiyalarının həyata keçirilməsinə misilsiz töhfəsini verir.

Stoltenberq qeyd edib ki, NATO Türkiyə olmadan zəif olacaq və əlavə edib ki, Türkiyə bir çox səbəblər üzündən NATO-nun vacib müttəfiqidir.

O, qeyd edib ki, bu, xeyli dərəcədə Türkiyənin coğrafi yerləşməsi və hərbi potensialı ilə bağlıdır.

"Türkiyə qarşıdurma və toqquşmalar davam edən Suriya və İraqla həmsərhəddir", - Stoltenberq deyib.

Stoltenberq qeyd edib ki, Türkiyə Avropanın və NATO-nun təhlükəsizliyi üçün vacib ölkədir.

BMT-nin baş katibi Türkiyə siyasətini tənqid edən qərb ölkələrini "qarşılıqlı hörmət nümayiş etdirməyə, sakitliyi qorumağa və öz müttəfiqlərinə düzgün yanaşmağa" çağırıb.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 335
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter