voicepress.az

SON DƏQİQƏ

Hüsnü Mübarək 6 illik həbsdən sonra evinə qayıtdı

24-03-2017, 16:27

Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə "Əl-Məsri əl-Yaum" nəşrinə eks-prezidentin vəkili Fərid əd-Dib məlumat verib.

Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə eks-prezident barəsində bəraət qərarı çıxarıb. Bunun ardınca Baş Prokurorluq H. Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.

88 yaşlı eks-prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu.

H. Mübarəki evində ailə üzvləri və vəkili qarşılayıb.

"O, ailə üzvləri və dostları ilə bilikdə ənənəvi Misir yeməkləri ilə səhər yeməyi yeyib", - deyə əd-Dib bildirib.

H. Mübarək 2011-ci ilin yazında həbs olunub. 2012-ci ildə - "Müsəlman qardaşları" təşkilatının nümayəndəsi Məhəmməd Mursi hakimiyyətdə olarkən məhkəmə onun barəsində ömürlük həbs hökmü verib.

Lakin 2014-cü ildə hərbçilər M. Mursini devirərək, hakimiyyətə gəldikdən sonra H. Mübarək bəraət alıb.

Məhkəmə 2016-cı ildə H. Mübarək və oğlanlarını yalnız korrupsiya cinayətlərində təqsirli bilib, eks-prezident barəsində bir iş üzrə 3 illik həbs cəzası çıxarılıb. H. Mübarək bu həbs müddətini çəkdiyi üçün azadlığa buraxılıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 412
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter