voicepress.az

SON DƏQİQƏ

"Türkiyədən üzr istəməyəcəyik" - Hollandiyadan Ərdoğana cavab

13-03-2017, 11:02

Hollandiya baş naziri Mark Ryutte iki türk nazirin Niderlanda buraxılmamasına görə rəsmi Ankaradan üzr istəməkdən imtina edib.

VOİCEPRESS
Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hollandiyanın baş naziri "Mən gərginliyin aradan qaldırılmasına yardım etmək niyyətindəyəm, lakin üzr istəməyəcəyəm" deyə Türkiyə rəhbərliyinə cavab verib.

O xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanı nasiszm və faşizmin qalığı adlandırıb.

Hollandiyanın xarici işlər naziri Bert Kunders də baş nazirin mövqeyini dəstəkləyib: "Üzr istəməyimiz tamamilə istisna edilir".

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı. Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 131
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter