voicepress.az

SON DƏQİQƏ

Qalmaqal BÖYÜYÜR: Hollandiya səfirliyinin nümayəndəsi XİN-ə çağırıldı

11-03-2017, 17:34

Hollandiya hökumətinin Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun ölkəyə girişinin qarşısını almaq məqsədilə onun uçuş icazəsini ləğv etməyi iki ölkə arasında siyasi qalmaqala səbəb olub.

VOİCEPRESS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Hollandiya Krallığının Ankaradakı səfirliyinin məsləhətgüzarı Daan Feddo Huisinqa Xarici İşlər Nazirliyinə çağırılaraq ondan izahat tələb olunub, eləcə də Türkiyənin bu hadisəyə reaksiyası çatdırılıb.

Bu barədə Avropa İttifaqı (Aİ) işləri üzrə nazir və Aİ ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin rəhbəri Ömər Çelik bildirib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 068
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter