voicepress.az

SON DƏQİQƏ

"Ölsə də biz onun meyidinə səs verməliyik"

18-02-2017, 15:52

Zimbabvenin 92 yaşlı prezidenti Robert Muqabenin arvadı deyib ki, dövlət başçısı hətta ölsə belə, gələn il keçiriləcək seçkilərdə "meyit kimi" iştirak etməlidir. Qreys Muqabe hakim Zanu-PF partiyasının bəzi vəzifəli rəsmilərini ərinə qarşı qəsd hazırlamaqda ittiham edib və deyib ki, əri vəfat etsə belə, tərəfdarları onun adını seçki bülletenlərinıə yazaraq qutuya salmalıdırlar.

"Əgər Allah onu aparmaq qərarına gəlsə, onda biz bir meyit olaraq onun arxasında durmalıyıq", - birinci ledi Buhera şəhərində keçirilən çoxminlik mitinqdə deyib.

Qərb mediası yazır ki, gələn həftə 93 yaşına qədəm qoyacaq prezident son günlər ictimaiyyət qarşısında az-az görünür və əvəzində onun 51 yaşlı arvadı xeyli fəallaşıb. Muqabe 1980-ci ildə müharibə başa çatandan bəri Zimbabveyə prezidentlik edir.

VOİCEPRESS virtualaz.org-a istinadən bildirir ki, Qreys Muqabe ərinin hələ partizan müharibəsi zamanından qalan bəzi silahdaşlarına xəbərdarlıq edib ki, prezidentlik üçün onlar da çox qocadırlar. Xanım Muqabe deyib ki, əri getsə, onlar da getməlidirlər. "Sonra biz hakimiyyəti ələ alacağıq, çünki həmin partizan müharibəsində olmamışıq", - Muqabenin arvadı deyib.

Prezidentin özünə gəldikdə isə, o, xalqa hələ 100 yaşınadək yaşayacağını vəd edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 530
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter